Məşhur qapıçı ağır zədə aldı

27.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Vest Hem"in qapıçısı Lukas Fabianski zədələnib.

QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 18-ci turunda "Sauthempton"la görüşdə  sıradan çıxıb.  39 yaşlı qolkiper 28-ci dəqiqədə rəqib futbolçu Natan Vuudla toqquşub və başından zərbə alıb. 

Qapıçı xəstəxanaya aparılıb. Onun durumunda tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, bu matçda "Vest Hem" 1:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Fabianski cari mövsüm 13 oyuna çıxıb. O, bir neçə nəhəng klubun maraq dairəsindədir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью