Məşhur qapıçı cərimələndi

10.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Futbol Assosiasiyası (FA) "Liverpul"un braziliyalı qapıçısı Alisson Bekeri cəzalandırıb.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli qolkiper 8 min funt-sterlinq məbləğində cərimə olunub.

Buna səbəb braziliyalı futbolçunun "Nottingem Forest" ilə 2:2 hesablı heç-heçə ilə başa çatan matçdan sonra qeyri-etik davranış nümayiş etdirməsi olub. Qərara əsasən, Beker karşılaşmanın final fitindən sonra əvəzetmə lövhəsini təpikləyib. pizza mizza

Təcrübəli qapıçı FA tərəfindən irəli sürülən uyğunsuz davranış ittihamlarını qəbul edib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью