Məşhur qapıçı Millətlər Liqasını buraxacaq

09.09.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belçika millisinin qapıçısı Tibo Kurtua Millətlər Liqasında iştirak etməyəcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 34 yaşlı qapıçı yeni baş məşqçi Mark van Bommel ilə görüşdən sonra turnirdə oynamamaq qərarına gəldiyini açıqlayıb.

O bildirib ki, yalnız zədələr səbəbindən heyətdə ciddi problemlər yaranacağı təqdirdə meydana çıxa bilər. Kurtua komandanın “Final Four” mərhələsinə yüksələcəyi halda da bu oyunlarda iştirak etməyəcəyini söyləyib.

Qapıçı daha əvvəl dünya çempionatından sonra bir il fasilə vermək istədiyini açıqlamışdı.

O, Avropa çempionatının seçmə mərhələsi oyunlarında yenidən milliyə qoşulmağa hazır olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью