Məşhur qida şirkəti 16 min işçini çıxarır

16.10.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsveçrənin nəhəng qida şirkəti "Nestle" xərcləri azaltmaq məqsədilə qarşıdakı iki ildə 16 min işçini ixtisar etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, şirkətin rəhbəri Filip Navratilin sözlərinə görə, dəyişən bazar şərtləri fonunda bu, çətin, lakin zəruri addımdır.

Plan çərçivəsində 2027-ci ilə qədər 12 min müştəri xidməti işçisi və əlavə olaraq 4 min istehsalat və təchizat əməkdaşı işdən çıxarılacaq. Bu addım sayəsində "Nestle" ildə 1 milyard frank qənaət etməyi hədəfləyir.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью