Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Britaniyanın məşhur rok qrupu "Queen"in keçmiş bas gitaristi Barri Mitçell vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, musiqiçinin ölüm xəbərini Queen qrupunun arxivçisi Qreq Bruks açıqlayıb.
O, sosial media hesabında 1970-ci illərdə qrupla birlikdə çıxış edən Mitçellin vəfat etdiyini bildirib.
Barri Mitçell "Queen"in erkən dövründə qrupun ikinci bas gitaristi olub. O, 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarınadək qrupla çıxış edib və bu müddət ərzində 13 konsertdə səhnəyə çıxıb.
Mitçell qrupun formalaşma mərhələsində mühüm rol oynayıb. Onun "Liar" və "Son and Daughter" mahnılarının erkən versiyalarına bas partiyaları ilə töhfə verdiyi bildirilir.
Günəş Mərd