Məşhur rejissor karyerasınıyekunlaşdırır Səbəb

29.07.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Britaniyalı məşhur rejissor Mayk Li karyerasını başa vurmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, üç dəfə BAFTA mükafatı qazanmış 83 yaşlı britaniyalı rejissor səhhətində yaranan ciddi problemlər səbəbindən kinodan gedəcəyini açıqlayıb.

Nadir rast gəlinən əzələ iltihabı xəstəliyindən əziyyət çəkən və hərəkət imkanları məhdudlaşan sənətçi bildirib ki, sentyabrda Toronto Beynəlxalq Film Festivalında təqdim olunacaq "Tender Loving Care" (Nəvazişli qayğı) filmi onun son işi olacaq.

Qeyd edək ki, ingilis kinosunda "mətbəx dramları" (kitchen realism) adlanan üslubun ən böyük nümayəndələrindən sayılan rejissor "Secrets & Lies" (Sirlər və yalanlar), "Vera Drake", "Naked" (Çılpaq) və "Mr. Turner" (Cənab Törner) kimi məşhur ekran əsərlərinin müəllifidir.

Elşən Əzim AYB-nin Mingəçevir bölməsinin sədri təyin olundu “Shahin Novrasli” - 5-ci beynəlxalq musiqi festivalı başlanır Ata oğlunun gözü qarşısında niyə cinayətkara çevrildi? – 78 illik sirr
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью