Məşhur rejissordan yeni layihə Kianu Rivz baş rolda çıxış edəcək

18.11.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Avropa müstəqil kinosunun aparıcı prodüserlərindən Filipp Boberin rəhbərlik etdiyi "Coproduction Office" şirkəti yaradılmasının 40-cı ildönümünü ikiqat "Qızıl palma budağı" mükafatçısı Ruben Östlundun yeni layihəsi — "The Entertainment System Is Down" ilə qeyd etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, baş rollarda Kianu Rivz və Kirsten Danstın çəkildiyi satirik dramın büdcəsi təxminən 30 milyon dollar təşkil edir.

Bu müstəqil Avropa kinosu üçün rekord göstəricilərdən biridir.

Filmin ABŞ-dəki yayım hüquqlarını "A24" studiyası alıb.

Böyük studiyalar və yayım platformaları ilə işləməkdən imtina edərək layihəni müstəqil kredit xətləri (11 milyon dollardan çox) hesabına maliyyələşdirən Bober rejissora tam yaradıcı azadlıq verildiyini və tamamlama işləri üçün əlavə bir il vaxt ayrıldığını deyib.

Filmin dünya premyerası 2027-ci il Kann Film Festivalında baş tutacaq.

Qeyd edək ki, 1987-ci ildə qurulan "Coproduction Office" indiyədək 13 filmlə Kannın əsas müsabiqəsində yer alıb və 19 Avropa Film Mükafatı qazanıb.

Məşhur rejissor vəfat etdi Rəşad Məcidə ağır itki üz verdi Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью