Məşhur “Rembo” seriyasından yeni film çəkilir, Stallone oynamayacaq

30.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya şöhrətli Hollivud aktyoru Silvestr Stallonenin rol aldığı “Rembo” seriyasına yeni bir film əlavə olunur.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

1982-ci ildə çəkilmiş “İlk qan” filmində baş verən hadisələrdən əvvəlki dövrdə olanlardan bəhs edəcək ekran işinin rejissoru Jalmari Helanderdir.
“Rembo” seriyasından növbəti filmdə Silvester Stallone rol almayacaq.

Yeni filmdə baş qəhrəmanı bu il nümayişi başlayan “Küçə döyüşçüsü” adlı ekran işinin əsas rol ifaçısı Noah Centineo canlandırır. Aktyor heyətində Jason Tobin, Quincy Isaiah, Jefferson White və Tayme Thapthimmhong da yer alır.

Filmin ssenaristləri Rory Haines və Sohrab Noshirvanidir.

Qeyd edək ki, filmin çəkilişlərinə Taylandın Banqkok şəhərində başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью