Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

28.10.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı tanınmış repçi Niki Minaj Miçiqanda keçirilən seçki mitinqində ABŞ Prezidenti Donald Trampla birgə səhnəyə çıxaraq ona açıq dəstəyini göstərib.

Kulis.az xəbər verir ki, tədbirdə Tramp sənətçiyə təşəkkür edib, onun xarici görünüşünə təriflər yağdıraraq səhnəyə dəvət edib.

Minaj isə çıxışında Trampın "ölkənin enerjisini dəyişdiyini və gələcəyə ümid verdiyini" bildirərək onu sonadək dəstəkləyəcəyini vurğulayıb.

Mitinqdən sonra Ağ Evin İctimaiyyətlə Əlaqələr Direktoru Stiven Çunq Minaj ilə təyyarədə çəkilən görüntülərini paylaşaraq zarafatla onun yeni mətbuat katibi ola biləcəyini deyib.

Sözügedən açıqlama sosial mediada geniş müzakirələrə yol açsa da, bu ehtimalın reallaşma şansı olduqca aşağı qiymətləndirilir.

FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi Çexiya "Avroviziya"da iştirak etməyəcək - Səbəb Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью