Məşhur reper ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək

12.10.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı reper Soulja Boy 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Sənətçi musiqi səhnəsini siyasətlə əvəzləyərək Ağ Evə rəhbərlik etməyi hədəfləyir.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mirror" qəzeti reperin açıqlamasına istinadən məlumat yayıb.

Əsl adı Deandre Kortes Uey olan sənətçi qarşıdakı dövrü həyatında yeni mərhələ kimi gördüyünü bildirib. Nəşrin yazdığına görə, reper səhnə və səsyazma studiyasını geridə qoyaraq ABŞ prezidentinin iş otağı olan Oval kabinetə keçmək arzusundadır.

Soulja Boy sosial şəbəkə hesabında ABŞ bayrağı fonunda çəkilmiş fotosunu da paylaşıb. O, şəklin üzərinə "Soulja Boy 2028" sözlərini yazaraq ABŞ bayrağı emojisi əlavə edib.

Reperin bu paylaşımı onun 2028-ci il prezident seçkilərində namizəd olmaq niyyətini ifadə edən mesaj kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью