Məşhur reper Avropa turuna çıxır FOTO

25.09.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-li rep ifaçısı Maklmor (Benjamin Haggerty) səhnədə Fələstinə dəstək xarakterli çıxışına görə Ed Şiranın “Loop Tour” turnesindən kənarlaşdırıldıqdan bir neçə gün sonra “Azad Fələstin” adlı yeni turnesini elan edib.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi gələn ay Dublində başlayacaq, daha sonra Paris və Londonda davam edəcək turnedən əldə olunacaq bütün gəlirlərin fələstinlilərə dəstək göstərən təşkilatlara ianə ediləcəyini bildirib.

Maklmor turne ilə bağlı paylaşımında son həftələrin Fələstinin azadlığı, bu çağırışı susdurmağa çalışan milyarderlərin təsiri və cəmiyyətin sənətçilərdən gözləntiləri ilə bağlı kollektiv oyanış yaratdığını qeyd edib.

O vurğulayıb ki, 2026-cı ildə soyqırım davam etdiyi halda siyasətdən uzaq durmaq artıq işə yaramır:

“İnsanlar sənətçilərin mövqe nümayiş etdirməsini, maariflənməsini və cəmiyyət qarşısında məsuliyyət daşımasını gözləyir. Səhnə yalnız əyləncə üçün deyil, daha böyük məqsədlər üçün istifadə olunmalıdır”.

Maklmor başına gələnlərin təkcə özünə aid olmadığını bildirərək əlavə edib:

“Əgər milyarder təbəqəsi hansı səslərin səhnəyə çıxacağına, hansılarının isə eşidilməsinin təhlükəli olduğuna qərar verirsə, buna hamı diqqət yetirməlidir”.

Maklmorun Fələstinə dəstək xarakterli açıqlamalarına görə turnedən uzaqlaşdırılması, Ed Şiranın digər ön səhnə ifaçılarının da turnedən çəkilməsinə səbəb olmuşdu. İngilis müğənni isə reperin turnedən çıxarılması qərarının özünə deyil, menecerinə aid olduğunu bildirmişdi.
ABŞ-li rep ifaçısı isə “Kraft Group”un baş icraçı direktoru və “Gillette Stadium”un sahibi Robert Kraftın Ed Şirana şəxsən zəng edərək reperin stadionda çıxışına icazə verilməyəcəyini dediyini iddia etmişdi.

Reper turnedən uzaqlaşdırılmasına səbəb olan çıxışını sentyabrın 4–5-də Nyu-Cersidəki MetLife Stadium konsertlərində etmişdi.

Həmin çıxışında Maklmor, “ABŞ-dəki stadionlarda "Azad Fələstin" şüarının yüksək və aydın səslənməsini istəyirəm. Qəzzadan işğal altındakı İordan çayının qərb sahilinədək insanlar bilsinlər ki, biz onları unutmamışıq", - deyə qeyd etmişdi. 

Musiqiçi “Hind’s Hall” mahnısını təqdim edərkən Kolumbiya Universitetində Fələstinə dəstək məqsədilə keçirilən tələbə etirazlarına da toxunaraq, diplomalarını, təqaüdlərini və təhsil haqlarını riskə atan tələbələri tərifləmişdi. 

Yəhudi dinləyicilərə müraciət edən Maklmor, “Bütün yəhudi qardaşlarıma səslənirəm. İsraili tənqid etmək, aparteidi tənqid etmək və soyqırıma qarşı çıxmaq heç bir halda sizə qarşı yönəlmiş tənqid deyil", - deyə səslənmişdi. 

O, çıxışını belə yekunlaşdırıb:

“Azad Fələstin deyirəm. Azad Livan deyirəm. Azad Kuba, Azad Konqo, Azad Sudan deyirəm. Hamımız azad olana qədər heç birimiz həqiqətən azad olmayacağıq". 

Macklemore-un səhnədə Qəzzada baş verən dağıntıların görüntülərini nümayiş etdirməsindən sonra İsrail-Amerika Şurası və bəzi qruplar onun turnedən çıxarılmasını tələb etmiş, reper isə bir neçə gün sonra turnedən uzaqlaşdırılmışdı.

Əfsanə
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью