Məşhur reper həbsxanada milyonlar xərcləyir?

01.10.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı musiqi prodüseri və reper P.Diddi (əsl adı Şon Kombs) qeyri-adi həbsxana şəraiti ilə bağlı mediada yayılan xəbərlərdən sonra təkadamlıq kameraya köçürülüb.

Axar.az xəbər verir ki, bu barədə TMZ mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, P.Diddi “VİP həbsi” ilə bağlı istintaqla əlaqədar olaraq təhlükəsizlik müəssisəsinə köçürülüb. Təkadamlıq kameraya köçürülmə bu cür istintaqlar zamanı məhbuslar üçün standart prosedurdur.

Daha əvvəl NBC xəbər vermişdi ki, Diddi Nyu Cersi ştatındakı Fort Diks Federal Həbsxanasında cəzasını çəkərkən maddi imkanları sayəsində imtiyazlardan istifadə edir. O, bu xidmətlərə ayda minlərlə dollar xərcləyir. Digər məhbuslar onun üçün yemək bişirir, təmizlik edir, paltarlarını yuyur və onu masaj edir. Gəlir onların həbsxana hesablarına köçürülür.

Qeyd edək ki, Nyu York məhkəməsi Diddini qadın alverində günahlandıraraq dörd ildən çox həbs cəzasına məhkum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью