Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerikalı məşhur reper Eminem sosial media nəhəngi “Meta” şirkətinə qarşı müəllif hüquqları pozuntusu ittihamı ilə Miçiqan ştatında məhkəmə iddiası qaldırıb.
İddianı Eminemin adından musiqi yayımçı şirkəti olan “Eight Mile Style” verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iddiaçı musiqi əsərlərini “Meta” şirkətinin “Facebook” və “Instagram” platformalarında icazəsiz şəkildə istifadə etməkdə ittiham edir.
İddiaya görə musiqi əsərləri bu platformalara inteqrasiya olunan musiqi kitabxanalarına əlavə edilməklə istifadəçilərin videolarında istifadə etməyə şərait yaradılıb.
“Eight Mile Style” bu vəziyyəti “trilyon dollarlıq bir şirkətin sənətçilərin yaradıcılıq zəhmətini lisenziya almadan istismar etməsinin yeni nümunəsi” adlandırıb.
Şirkət iddia edir ki, “Meta” platformalarında musiqi vasitələrinin istifadəsi, istifadəçiləri başqa məzmunlardan mahnıları kopyalayaraq öz paylaşımlarına əlavə etməyə təşviq edir.
Bu isə yayımçıya görə “şüurlu və sistematik şəkildə müəllif hüquqları pozuntusu” deməkdir.