Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Konqolu reper Gims Fransada korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Kulis.az xəbər verir ki, bu barədə “Parisien” qəzeti məlumat yayıb.
İddialara görə, əsl adı Qandi Bilel Cuna olan sənətçi şəxsi mühafizəsini təmin etmək üçün silahlı polislərin xidmətindən qanunsuz şəkildə istifadə edib.
Reperə dövlət vəzifəli şəxslərinin korrupsiyaya cəlb edilməsi, dövlət məlumat bazasındakı məlumatların qanunsuz ötürülməsi və peşə sirrinin pozulması nəticəsində əldə edilən məlumatlardan istifadə ittihamları irəli sürülüb.
İş üzrə Gimsdən başqa daha yeddi nəfər də ittiham olunur.
Onların arasında sənətçinin biznes tərəfdaşı, vəkili, dörd polis əməkdaşı və özəl mühafizə üzrə mütəxəssislərin hazırlanması mərkəzinin rəhbəri var.
Qeyd edək ki, məhkəmə iclasının tarixi hələ müəyyənləşdirilməyib.
55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır Müharibənin vurduğu mənəvi yaranın dondurulmuş anı - Pikassonun "Ağlayan qadın"ı kim idi? Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu