Məşhur reperə bəraət verildi

20.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Amerikalı rep ulduzu ASAP Rocki yarımavtomatik silahla iki ayrı hücum ittihamı ilə mühakimə olunduğu halda məhkəmə tərəfindən təqsirli bilinməyib.

“Cebheinfo.az” xəbər verir ki, o, bəraət elan olunarkən hönkür-hönkür ağlayan həyat yoldaşı Rihannanı qucaqlayıb.

Reper məhkəmə heyətinə də təşəkkür edib. Belə ki, o 2021-ci ildə Hollivudda atışma zamanı dostu ASAP Rellini güllələməkdə günahlandırılıb.

Reper klip çəkilişi zamanı aldığı səhnə silahı ilə atəş açdığını iddia edib.

O, işin əvvəlində ittiham tərəfinin etiraf razılaşmasını da rədd edib. 

Qeyd olunub ki, əgər o, hücumda günahını etiraf edib, razılaşsaydı, 180 gün həbs cəzası alacaqdı. İşə baxan hakimlərdən heç birinin Rihannanın fanatı olmamasına da diqqət yetirilib. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью