Məşhur reperin CƏZASI BƏLLİ OLDU

06.10.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Blok3 ləqəbli məşhur türkiyəli reper Hakan Aydın sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi ilə bağlı istintaqda hökm oxunub.
Bizim.Media xəbər verir ki, 8 ay həbs cəzasına məhkum edilən reperin cəzası sürətləndirilmiş məhkəmə proseduru çərçivəsində 4 aya endirilib və sonradan 12.000 TL məbləğində cəriməyə çevrilib.
Qeyd edək ki, Hakan Aydın bir neçə ay əvvəl İstanbulun Ataşehir bölgəsində yol hərəkəti qaydalarının yoxlanılması zamanı polis tərəfindən saxlanılıb.
Yoxlama zamanı Aydının qanında 1,14 promil spirt səviyyəsinin olduğu və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib. Reper 23.437 TL məbləğində cərimə olunub və idarə etdiyi nəqliyyat vasitəsi müsadirə edilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью