Məşhur rəqqasənin adından dələduzluq edildi

11.12.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Renka ləqəbi ilə tanınan rəqqasə Rəna Ağamuradovanın adından istifadə edilərək dələduzluq törədilib.

Lent.az xəbər verir ki, bu barədə rəqqasə özü sosial şəbəkə hesabında məlumat yayıb.

Renka bildirib ki, naməlum şəxs “Votsap”da onun adından və fotosundan istifadə edərək tanışlarından ona pul göndərməsini istəyir.

"Dostlar, mənim adımdan pul istəyirlər. Artıq üçüncü şəxsdir ki, mənə zəng edir. Fırıldaqçıdır" deyə, Renka sosial şəbəkədə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью