Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 12 iyun, AZƏRTAC
Dünyanın ən tanınmış müasir rəssamlarından biri olan britaniyalı Devid Hokni 88 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə rəssamın mətbuat katibi Erika Bolton məlumat yayıb.
Bildirilib ki, Devid Hokni iyunun 11-də 89 yaşını qeyd etməsinə 1 ay qalmış öz evində vəfat edib.
Devid Hokni XX və XXI əsrlərin ən mühüm müasir incəsənət nümayəndələrindən biri hesab olunurdu. O, 1960-cı illərdə formalaşan pop-art hərəkatının aparıcı simalarından biri kimi tanınırdı və yaradıcılığı ilə dünya incəsənətinə mühüm təsir göstərmişdi.
Rəssamın əsərləri beynəlxalq hərraclarda rekord qiymətlərə satılıb. 2018-ci ildə onun hovuz mövzusunda çəkdiyi rəsmlərdən biri hərracda təxminən 70 milyon funt-sterlinqə satılaraq həmin dövrdə yaşayan rəssamın əsəri üçün müəyyən edilmiş rekord qiymətə çevrilmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London