Məşhur rəssamın əsəri 15,1 milyon dollara satıldı

19.11.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqust ayında vəfat edən yapon rəssam Yayoi Kusamanın “No. 3P.B.” adlı əsəri hərracda 15,1 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, 1960-cı ildə yaradılmış tablo rəssamın əsərləri arasında indiyədək qeydə alınan ən yüksək satış qiymətinə nail olub.

Əsərin qırmızı rəngli, bir-birinə bağlanan torvari naxışları Kusamanın yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Rəssam uzun illər ərzində təkrarlanan nöqtələr, torlar və sonsuzluq obrazları ilə dünya incəsənətində özünəməxsus yer tutub. Onun əsərləri həm muzeylərdə, həm də kolleksiyaçılar arasında böyük maraq doğurur. Kusamanın ölümündən sonra bu cür rekord satışın baş verməsi sənət bazarında onun yaradıcılığına marağın azalmadığını göstərir.

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью