Məşhur rəssamın əsərləri hərraca çıxarıldı

14.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bəlkə burada kiçik, xoşbəxt bir ağac vardır” ifadəsi ilə tanınan məşhur rəssam Bob Rossun 1980–1990-cı illərdə çəkdiyi üç əsəri  Los-Ancelesdə keçirilən hərracda 600 min dollardan (təxminən 1 020 000 AZN) yüksək qiymətə satılıb.

“Cebheinfo.az” xəbər verir ki, Rossun “Bob Rossla Rəsm Sevinci” adlı proqramında çəkdiyi 30-dan çox tablosu beynəlxalq hərrac evi "Bonhams" tərəfindən ABŞ-də büdcə ixtisarlarından təsirlənən ictimai televiziya kanallarına dəstək məqsədilə satışa çıxarılıb.

Qeyd edək ki, məşhur rəssam 1995-ci ildə 53 yaşında limfa düyünü xərçəngindən vəfat edib. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью