Məşhur rəssamın tabloları rekord məbləğə satıldı

13.11.2025

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur amerikalı rəssam Bob Rossun üç tablosu Los-Ancelesdə keçirilən auksionda 600 min dollardan çox məbləğə satılıb.

Kulis.az xəbər verir ki, satışdan əldə olunan gəlir ABŞ-da büdcə ixtisarlarından zərər görən ictimai televiziyalara yönəldiləcək.

Rossun “The Joy of Painting” verilişində çəkdiyi “Winter’s Peace”, “Home in the Valley” və “Cliffside” əsərləri ilkin dəyərindən bir neçə dəfə baha qiymətə alıcı tapıb.

"Bob Ross Inc."in prezidenti Joan Kovalski, bu satışların rəssamın sənət irsini və tədris ruhunu yaşatmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, ölümündən onilliklər keçsə də, Rossun əsərlərinə maraq azalmır.

Misir Mərdanov: “Köçəryandan xahiş etdim ki, məni evimə aparsınlar” – Müsahibə Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..." 17 yaşında 7 aylıq hamilə qız öz toyunda niyə öldü?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью