Məşhur rəssamın yeni rəsm əsəri tapılıb

01.02.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Minnesota ştatında 50 dollardan aşağı qiymətə satılan rəsm əsərinin əslində Van Qoq əsəri olduğu düşünülür.

“Cebheinfo.az” xəbər verir ki, boş bir sahildə tənbəki çəkən balıqçı təsvir edilən yağlı boya portreti 2019-cu ildə rəsmlərlə dolu zibil qutusunda tapılıb.

Əsər bir antikvar satıcısı tərəfindən satın alınıb. Antikvar mütəxəssis rəsm üçün 30 mütəxəssislə məsləhətləşib və onun doğruluğunu yoxlamaq üçün 300 min dollar xərcləyib.

O, rəsm əsərinin 15 milyon dollar dəyərində Van Qoqun şah əsəri olan "Ulduzlu gecə" əsəri olduğunu bəyan edib. 

Araşdırmanın nəticələri bu ayın sonunda Van Qoq mütəxəssisləri üçün keçiriləcək xüsusi tədbirdə açıqlanacaq.

Rəsmin orijinallığını qeydə almaq üçün Van Qoq muzeyindən bir alimin imzası ilə təsdiqini tapacaq. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью