Məşhur restoran buna görə cərimə edilmişdi Məhkəmə qərar verdi | Icma.az
Icma.az bildirir, Tribuna portalına istinadən. Bakının ən məşhur restoranlarından biri olan “Sapfir Saray” atmosferi çirkləndirdiyi üçün cər
Lakin məhkəmə bu qərarın doğru olmadığı barədə qərar çıxarıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi restoranı astmosferi çirkləndiridiyi üçün cərimələnib.
Restoran rəhbərliyi həmin protokoldan şikayət verib. Məhkəmə şikayətə baxan zaman restoranın haqlı olması barədə qərar qəbul edib.
Nizami Rayon Məhkəməsi protokolun əsassız şəkildə tərtib edilməsi barədə qərar çıxarıb.
Məhkəmə qeyd edib ki, inzibati xəta haqqında protokol tərtib edilərkən obyekt nümayəndələrindən heç kimin izahatı alınmayıb və ümumiyyətlə, protokolla tanış edilməyib.
Protokol birtərəfli qaydada inzibati xətanın baş verdiyi yerdə deyil qeyri-müəyyən yerdə tərtib edilib.
Halbuki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməli idi.
Tam oxu
Xəbəri oxu