Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin məşhur "My Chemical Romance" rok qrupunun 2006-cı ildə yayımlanan albomu "The Black Parade" ilk dəfə "Billboard 200" siyahısının zirvəsinə yüksəlib.
Kulis.az xəbər verir ki, albom işıq üzü gördükdən 20 il sonra bu tarixi uğuru qazanıb.
Bu proekt 2006-cı ildə təqdim olunarkən "Hannah Montana" saundtreki ilə rəqabətdə 240 min nüsxə sataraq ikinci pillədə qərarlaşmışdı.
İllər sonra təqdim olunan 20 fərqli fiziki formatlı xüsusi nəşr sayəsində albomun satışı bir həftədə 653% artaraq onu zirvəyə daşıyıb.
Qeyd edək ki, bu nəticə ilə "The Black Parade" "Billboard 200" tarixində çıxışından uzun müddət sonra 1-ci yerə yüksələn albom olub.
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri