Məşhur rok musiqiçisi Ozzi Osbornla vida mərasimi keçirilib

30.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Böyük Britaniyanın Birmingem şəhərində rok musiqiçisi Ozzi Osbornla vida mərasimi keçirilib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Ozzinin dəfn mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Mərasimdə onun minlərlə pərəstişkarı iştirak edib.

Qeyd edək ki, Osborn iyulun 22-də vəfat edib. Musiqiçi həyatının son illərini Parkinson xəstəliyi ilə mübarizə apararaq keçirib və onurğasından bir neçə əməliyyat keçirib.

Buna baxmayaraq, Osborn iyulun 5-də 42 min tamaşaçı toplayan "Back to the Beginning" adlı vida konserti vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью