Məşhur rus futbol adamından “Qarabağ”a dair maraqlı etiraf

23.01.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur rus futbol adamından “Qarabağ”a dair maraqlı etiraf

Tanınmış rusiyalı futbol mütəxəssisi, ölkə millisinin sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt”ı üzərindəki qələbəsini şərh edib

QOL.az xəbər verir ki, o, oyunla bağlı təəssüratlarını ölkəsinin championat.com saytına bölüşüb.

“Qarabağ” – “Ayntraxt” matçının birinci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə iki qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, “Qarabağ” ən yaxşı halda heç-heçə edəcək.

Amma sonda onların hesabı bərabərləşdirdiyini, ardınca isə daha bir qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən, burada oynamasından, qələbələr qazanmasından və növbəti mərhələlərə yüksəlməsindən zövq almalıdır. Əla haldır!” - deyə Mostovoy bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью