Məşhur rusiyalı teleaparıcı və aşpaz vəfat etdi

13.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Məşhur rusiyalı teleaparıcı və aşpaz Aleksey Zimin 53 yaşında vəfat edib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalist Roman Loşmanov məlumat verib.

"Səhərdən çox kədərli xəbər oldu. Aleksey Zimin vəfat edib", - deyə o, "Telegram" kanalında yazıb.

Qeyd edək ki, "Afişa"nın baş redaktor müavini olan Zimin "Afişa Yeda"nın yaradıcısı kimi də tanınıb.

O, NTV kanalında "Aleksey Ziminlə yemək hazırlayırıq" kulinariya şousuna da aparıcılıq edib, "Ragout" kafesini və kulinariya məktəbini, "Qoqol tsentr" kafesini açıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью