Məşhur şahmatçı qazandığından çox vergi ödədi

17.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şahmatçı Maqnus Karlsen 2023-cü ildə əldə etdiyi gəlirin 128%-i qədər vergi ödəyib.

Publika.az xəbər verir ki, o, 111 min dollar qazanarkən dövlətə 142 min dollar verib. Bu barədə Norveçin vergi orqanı məlumat yayıb.

Norveçli 16-cı dünya çempionu və tarixin ən güclü şahmatçılarından biridir. Karlsen 13 yaşında qrossmeyster olub. Maqnus Dünya Kubokunun (2023), 6 dəfə Dünya Rapid Çempionatının və 7 dəfə Dünya Blits Çempionatının qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью