Məşhur şəhərin tarixi və turistik mərkəzində siçovul problemi

10.09.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belçika paytaxtı Brüsselin müxtəlif yaşayış məntəqələrində uzun müddətdir müşahidə olunan siçovul problemi son vaxtlar şəhərin tarixi və turistik mərkəzlərində narahatlıq doğuran məsələyə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, yerli KİV-in məlumatına görə, küçələrdə və ticarət obyektlərinin yaxınlığında, piyada zonasında siçovulların görünməsi yerli mağaza sahiblərinin narazılığına səbəb olub.

Bu yaxınlarda “Grand-Place”dəki şokolad mağazasının vitrinində siçovulun görünməsi sosial şəbəkələrdə geniş müzakirələrə və reaksiyalara yol açıb.

Eyni zamanda, fevral ayından bəri həyata keçirilən 137 əməliyyat nəticəsində 1073 siçovul tutulub.

Yay aylarında gücləndirilmiş tədbirlər çərçivəsində şəhər mərkəzinin piyada zonasında 15 ədəd “ağıllı” siçovul tələsi quraşdırılıb.

Bələdiyyə bu problemlə mübarizə aparmaq üçün may ayında xüsusi işçi qrupu yaradıb və bu məqsədlə ayrılan büdcə 35 000 avrodan 100 000 avroya qaldırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью