Məşhur sənətçi arvad tərəfə “yıxıldı”

23.01.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivudun məşhur sənətçisi Riçard Gere necə deyərlər arvad tərəfə "yıxılıb".

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bir müddət əvvəl ABŞ-dan ayrılaraq həyat yoldaşı Alejandra Silvanın məmləkəti İspaniyaya köçməsi ilə gündəm olmuşdu. Məşhur sevgililər "Elle" jurnalının yeni ispan nömrəsinə müsahibə veriblər:

“Hər zamankından daha xoşbəxtik. Çünki o, yanımdadır. Alejandra xoşbəxtdirsə, mən də xoşbəxtəm", - o, həyat yoldaşının ardınca məmləkətinə getmək qərarından necə xoşbəxt olduğunu izah edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью