Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

23.09.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransalı aktyor və teatr rejissoru Arno Deni 43 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, sənətçinin ölüm xəbərini vəkilləri açıqlayıb.
2023-cü ildə keçirdiyi əməliyyatdan sonra protezin yaratdığı ağır fəsadlar və xroniki iltihab nəticəsində bağırsaq və immunitet sistemi çökən aktyor uzun müddət müalicə alsa da, səhhəti düzəlməyib.
Yaşadığı ağrılara dözə bilməyən Deni tibbi evtanaziya üçün Belçikaya müraciət edib.
Qeyd edək ki, sənətçi ölümündən əvvəl bu növdən olan tibbi implantların fəsadlarından əziyyət çəkən xəstələri birləşdirən mərkəz də təsis etmişdi.

Yeraltı qalereyada qədim mozaika və freska tapıldı "İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..." - Məşhur macar yazıçıdan sitatlar Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью