Məşhur sənətçilər İsrail filmlərinin boykotuna etiraz etdilər

26.09.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Amerikalı aktyor Liev Şrayber, aktrisa Mayim Bialik və Debra Messinqin də aralarında olduğu 1200-dən çox sənətçi İsrail filmlərinə qarşı elan edilən boykota etiraz ediblər.

Kulis.az xəbər verir ki, onlar imzaladıqları yeni açıq məktubda belə bir çağırışın “incəsənətin özünü silmək” anlamına gəldiyini bildiriblər. Məktub müəllifləri hesab edirlər ki, kino və ümumilikdə sənət siyasət üstü dəyərləri ifadə edir, fərqli mədəniyyətləri birləşdirir.

Bu səbəbdən də, sənətin boykotlarla yox, dialoq və anlaşma ilə inkişaf etməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, son vaxtlar beynəlxalq kino mühitində İsrail filmlərinin festivallarda nümayişinə qarşı müxtəlif çağırışlar səslənir.

"Harri Potter"in rəssamı vəfat etdi Firəngiz Mütəllimova Polad Bülbüloğlu ilə fotolarını yayımladı Azərbaycan və Ukrayna İrpendə saziş imzalayacaqlar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью