Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Altı mövsüm boyunca televiziya tarixinin məşhur cinayət dramlarından hesab olunan "Peaky Blinders" serialı ekranlara qayıdır.
Kulis.az xəbər verir ki, "Netflix" və “BBC” əməkdaşlığı ilə ərsəyə gələn yeni davam serialının hadisələri 1953-cü ildə – İkinci Dünya Müharibəsindən sonra Birmingem şəhərində cərəyan edəcək.
Şəhərin yenidən qurulması uğrunda mübarizədən bəhs edən yeni layihədə Şelbi ailəsi yenə də hadisələrin mərkəzində yer alacaq.
Lakin məşhur aktyor Killian Mörfi bu dəfə Tommi Şelbi obrazı ilə kamera qarşısına keçməyəcək və yalnız icraçı prodüser kimi çıxış edəcək.
Yeni hekayənin mərkəzində Tomminin oğlu Dyuk dayanacaq və bu rolu aktyor Ceymi Bell canlandıracaq.
Ekran işinin aktyor heyətində həmçinin Çarli Hiton və Laşana Linç kimi tanınmış simalar da yer alıb.