Məşhur serial ulduzu suda boğulub öldü | Icma.az
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Cosby Family” serialının ulduzu Malkolm-Camal Uorner 54 yaşında suda boğularaq vəfat edib.News24.az teleqraf-a istinadla xəbər verir ki, ailəsi ilə birlikdə Kosta-Rikada tətildə olan məşhur aktyor suda çimərkən boğulub.
Çimərlikdəkilər ona ilkin yardım göstərsə də, aktyorun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, 1970-ci ildə Nyu Cersidə anadan olan Malkolm-Camal Uorner karyerasına uşaq yaşlarından başlayıb.
“The Cosby Family” filmi ilə şöhrət qazanan məşhur aktyor 1984-1992-ci illərdə serialda Teodor (Teo) Huxtable obrazını canlandırıb.O, 1986-cı ildə bu roluna görə Emmi Mükafatına namizəd olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu