Məşhur serial yenidən çəkiləcək VİDEO

06.02.2025

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur aktyor Taner Ölmez məşhur "Medcezir" serialının yenidən çəkilməsini arzuladığını və artıq çəkiliş meydançasında həmkarları ilə bunu müzakirə etdiyini bildirib.

Manset.az xəbər verir ki, İbrahim Səlimlə "Bu Gece" verilişində qonaq olan Taner Ölmez Serenay Sarıkayanı görəndə fikrini onunla bölüşdüyünü deyib.

2013-2015-ci illərdə Star TV kanalında yayımlanan və böyük izləyici toplayan “Medcezir” serialı o dövrün ən sevilən seriallarından biri olub.

Taner Ölmez serialın mümkün geri dönüşü haqda danışarkən bunları deyib:

“Ece Yörenç və Serenay Sarıkaya ilə keçən il görüşdüm. “Niyə bir neçə ildən sonra “Medcezir”i təkrar etməyək?” dedim. Dedim: “Hazıram, Çağatay Ulusoy və Barış Falayla danışa bilərik”. Əgər belə bir layihə olarsa, məmnuniyyətlə iştirak edərəm”.

View this post on Instagram

A post shared by gecce.com (@gecce)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью