Məşhur serialda İstanbul zəlzələsi haqda heyrətamiz dialoq VİDEO

26.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

TRT-də yayımlanan məşhur “Təşkilat” serialında maraqlı bir epizod izləyicilərin diqqətini çəkib. Serialın bölümlərindən birində İstanbulda süni yeraltı təkanların yaradılacağına dair ciddi iddialar irəli sürülüb.

Həmin səhnədə Türkiyə kəşfiyyat orqanlarının rəhbər şəxsləri arasında gedən dialoqda ABŞ tərəfindən İstanbulda süni zəlzələ törədilə biləcəyi ehtimalı müzakirə edilir. Söhbət zamanı süni zəlzələnin necə, hansı üsullarla və hansı texnologiyalar vasitəsilə həyata keçirilə biləcəyi detallı şəkildə izah olunur.

Qeyd edək ki, serialda irəli sürülən bu iddialar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Globalinfo.az sözügedən epizodu təqdim edir:

View this post on Instagram

A post shared by Yalnız Adam (@yalnizadam.rar)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью