Məşhur serialın çəkilişi zamanı aktyorlar yaralandı FOTO | Icma.az
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin tarixi “Mehmed: Fetihler Sultanı” serialının çəkilişləri zamanı bədbəxt hadisə yaşanıb.
Redaktor.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ekran işinin son yayımlanan bölümündə göstərilən döyüş səhnələrində bir çox aktyor yaralanıb.
Məlumata görə, “Çandarlı” obrazını canlandıran Selim Bayraktarın əli kəsilib.
“İshak” obrazını canlandıran Ərtoğrul Postoğlunda isə meniski yırtılıb.
Nəşr yazır ki, aktyorlardan 10-nun qaşlı yarılıb, bir çox köməkçi aktyor aldığı xəsarətlərdən sağlamlıq müəssisəsinə aparılıb.
Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu