Məşhur serialın çəkilişləri başladı

25.08.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

“Netflix”in məşhur distopik serialı "Black Mirror" səkkizinci mövsümü ilə ekrana qayıdacaq.
Kulis.az xəbər verir ki, yeni seriyaların çəkilişlərinə artıq start verilib.
Böyük Britaniyanın Devon ərazisində qurulan çəkiliş meydançasındakı nümayəndələrin verdiyi xəbərə görə, layihənin yaradıcısı Çarli Bruker yeni mövsümdə də ssenarist və icraçı prodüser kimi fəaliyyətini davam etdirir.
Prodüser komandasında ona K.Ali, Cesika Rouds, Annabel Cons və Luiza Satton müşayiət edir.
Yeddinci mövsümün nümayişindən təxminən 18 ay sonra gələn bu xəbər, xüsusilə ekran işinin ilk birbaşa davamı sayılan "USS Callister: Into Infinity" serialından və onun qazandığı "Qızıl Qlobus" nominasiyalarından sonra izləyicilər arasında böyük həyəcan yaradıb.
Ekran işinin yeni mövsümünün süjeti ənənəvi gizlilik siyasətinə uyğun olaraq məxfi saxlanılır.
Nümayiş tarixi hələ dəqiqləşməyən layihə haqqında danışan Çarli Bruker yeni seriyaların hər zamankından daha çox "Black Mirror" ruhu daşıyacağını və real dünyanın artıq serialdakı ssenarilərə çatdığı bir dövrdə qayıtmağın həyəcanverici olduğunu bildirib.

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı? Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью