Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Halikarnas Balıqçısı kimi tanınan yazıçı Cevat Şakir Kabaağaçlının nəvələrinin açdığı iddia nəticəsində məhkəmə qərarı ilə yayımdan çıxarılan “Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar” serialının yayımına qoyulan qadağa qaldırılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Medyapım”, ailə və ailənin vəkili Aydın Kurban arasında keçirilən görüşlər nəticəsində tərəflər arasında razılıq əldə olunub.
İddia ərizəsi ilə məhkəməyə müraciət edən ailə üzvləri iddiadan imtina edib, ailənin iddiadan imtina etməsi səbəbindən məhkəmənin seriala qoyduğu yayım və çəkiliş qadağası aradan qaldırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.