Məşhur şəxsləri təqlid edən səhifələrlə bağlı Xəbərdarlıq

25.12.2024

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa çağırıb.

Axşam.az xəbər verir ki, bu barədə məlumat DİN-in sosial şəbəkədə rəsmi hesabında paylaşılıb.

"Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan əmin olun! Yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı diqqətli olun!" deyə, paylaşımda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью