Məşhur seysmoloq: “Bakıda güclü, dağıdıcı, məhvedici zəlzələ...”

10.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gün Xəzər dənizində növəbəti zəlzələ baş verib. 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib. 

Zəlzələlərin son zamanlar artması seysmik aktivlik, paytaxt Bakıda zəlzələ ehtimalını gündəmə gətirir.

Məsələ ilə bağlı seysmoloq Ənvər Əliyev “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, 3,1 maqnitudalı zəlzələ yox, titrəyişlərdir: 

“Bunun artıb-azalacağını demək olmaz. Hər halda Xəzər dənizində bu cür titrəyişlərin, zəlzələnin olması adi bir haldır. Heç bir təhlükəsi yoxdur. 

Bəzən adi məlumatı deməklə əhalini də təşvişə salmaq olmaz. Ona görə də narahat olmağa dəyməz. Bakıda güclü, dağıdıcı, məhvedici zəlzələ minillər ərzində olmayıb. Bundan sonra da olma ehtimalı azdır. 

Heç Sovet dövründə 3,1 ballıq zəlzələ deyilmirdi. Ümumiyyətlə, 4 bala qədər olanlar zəlzələ sayılmır, onlar titrəyişlərdir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: zəlzələ Ənvər Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью