Məşhur sima üçün restoranda tək əyləşmək çətindir

23.06.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişində məşhur olmağın çətinliklərindən danışıb. 

Axşam.az xəbər verir ki, aparıcı bu səbəbdən bəzi məkanlara tək gedə bilmədiyini bildirib:

"Həyatım boyunca şəhərdə məşhur məkanda cəmi bir dəfə tək yemək yemişəm. Məcbur idim, ayaqüstə güclə dayanırdım. O yeməyi necə yediyimi bilmədim. Baxan, gedib-gələn kim, öyrəşməyiblər. Tanınan sima üçün bu, çox çətindir. İstər müğənni olsun, istərsə də aparıcı. Baxırlar ki, filankəs tək oturub. Düşünürlər ki, görəsən, yanına kim gələcək".

Vüsalənin bu açıqlaması izləyicilərin müzakirəsinə səbəb olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью