Məşhur şirkət mindən çox əməkdaşını işdən çıxarır

26.02.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Məşhur qəhvə brendi "Starbucks" dünya üzrə 1100 korporativ əməkdaşını ixtisar etməyi planlaşdırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki  bunu şirkətin yeni sədri və baş direktoru Brayan Nikol məlumat yayıb. 

Onun sözlərinə görə, bu, əməliyyat proseslərini sadələşdirmək üçün edilir. Nikol, həmçinin qeyd edib ki, "Starbucks" bir neçə yüz vakant yeri ləğv edir.

"Starbucks"da dünya üzrə 16.000 korporativ işçi çalışır. İşdən çıxarılmalar şəbəkənin pərakəndə satış məntəqələrində çalışan baristalara təsir etməyəcək.

Seymur Əli 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью