Məşhur şirkət robot taksilər üzərində işi dayandırdı

13.12.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“General Motors” şirkəti robot taksilər üzərində işi dayandırdığını elan edib. 

Avtosfer.az xəbər verir ki, şirkət əsas diqqətini sürücülərə kömək sistemlərinin hazırlanmasına yönəldəcək. 

Layihənin dayandırılmasına şirkətin “Cruise” filialının hazırladığı taksinin 2023-cü ildə piyadanı vurması səbəb olub. Bundan sonra filianın direktoru istefa verib, 900 əməkdaş işdən azad edilib. Hökumət qurumları məsələ ilə bağlı təhqiqata başlayıb, şirkətə ciddi tapşırıqlıar verilib.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью