Məşhur şirkət Türkiyədə PUA istehsal edəcək

05.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin texnologiya və müdafiə şirkəti "ZenaTech" Türkiyəyə böyük sərmayə qoymağı planlaşdırır.

"Unikal" xəbər verir ki, şirkət pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

Müəssisə ilkin olaraq 1000 "ZenaDrone" istehsal etməyi hədəfləyir. Bu addım Türkiyənin PUA istehsalındakı gücünü gücləndirəcək.

Qeyd edək ki, Türkiyə "Bayraktar", ANKA, "Kargu" və "Karayel" kimi dünyaca məşhur PUA-ları ilə müdafiə sənayesində diqqət çəkib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью