Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir

26.01.2026

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nın "OpenAI" şirkəti 2026-cı ildə təxminən 14 milyard dollar zərərlə üzləşə bilər. Belə bir vəziyyət 2023-2028-ci illərdə ümumi itkilərin çox böyük ehtimalla 44 milyard dollara çata biləcəyi demək olacaq.

Reyting.az xəbər verir ki, bu barədə ABŞ-nın "The Information" onlayn nəşri "OpenAI" şirkətinə məxsus daxili sənədlərə istinadla yazıb.

"Deutsche Bank" mütəxəssislərinin hesablamalarına görə, şirkətlə bağlı mənfi pul axını 2024 və 2029-cu illər üçün 143 milyard dollar həcmində olacaq.

Məlumata görə, "Sora" platformasındakı 10 saniyəlik video 1,30 dollara başa gəlsə də, bu model dayanıqsız sayılır.

Qeyd olunur ki, "ChatGPT"nin bazar payı artıq 87 faizdən 68 faizə düşüb.

Mütəxəssislər proqnozlaşdırırlar ki, bütün bunlarla bərabər, "Gemini", eləcə də "Claude" sistemlərin güclənməsi elə böyük göstərici sayılmır və dünyaca məşhur olan "OpenAI" şirkətini fantastik maliyyə itkiləri gözləyir.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью