Məşhur şirkətin nizamnamə kapitalına həbs qoyuldu

03.02.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın məlumatına görə, buna səbəb şirkətin işçisinə ödəmədiyi 8230 manat əmək haqqı borcudur.

Daha öncə məhkəmə məbləğin ödənilməsinə dair qərar qəbul etsə də, şirkət bundan yayınıb.

Nəticədə icra sənədinin icrasını təmin etmək məqsədilə məhkəməyə təqimdat verilib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edərək, “Azərşin” ASC-nin nizamnamə kapitalının üzərinə həbs qoyulması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. “Azərşin” 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1,789 milyon manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью