Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı investor və milyarder Uorren Baffet "Berkshire Hathaway" holdinqinin sədri vəzifəsindən istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CNBC" onun səhmdarlara ünvanladığı məktuba istinadən məlumat yayıb.
Baffet bildirib ki, bundan sonra direktorlar şurasının fəxri sədri olacaq. Şirkətin sədrliyini isə onun oğlu Hovard Baffet öz üzərinə götürəcək.
Qeyd edək ki, Baffet 1965-ci ildə müflisləşmək üzrə olan tekstil şirkəti "Berkshire Hathaway"də nəzarət payını əldə edib. Sonrakı illərdə şirkət müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslərə və aktivlərə sahib olan iri holdinqə çevrilib. Baffet uzun illərdir dünyanın ən varlı şəxsləri sırasında yer alır.
Murad İsmayıl