Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

07.11.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.

Bu barədə “MK” nəşri məlumat yayıb.

Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib və karyerası ərzində onlarla filmdə rol alıb.

Aktrisa “Sverstnitsı”, “12 stul”, “Sən heç yuxuda da görməzdin…”, “Demidovlar”, “Vivat, qvardiyaçılar!” filmlərində və “Peterburq sirləri” serialında çəkilib.

Ona geniş şöhrət qazandıran ekran əsərləri həyat yoldaşı, yazıçı və rejissor Vasili Şukşinin filmləri — “Peçki-lavoçki” və “Kalina krasnaya” olub.

AzPost.az

Post navigation

Previous: Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью