Məşhur telekanalın sahibi dəyişdi

25.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin “Show TV” telekanalının sahibi dəyişib.

“Cebheinfo.az” xəbər verir ki, “Ciner Medya Grubu” media sahəsindən çəkilib.

Beləliklə, “Show TV”, “Habertürk” və “Bloomberg” telekanalları satılıb.

Sözügedən kanalların yeni sahibi isə “Can Grubu” olub.

Adıçəkilən telekanallar artıq “Can Grubu”nun tərkibində yayımlarına davam edəcəklər.

Lakin bu dəyişiklikdən sonra telekanalların yayım strategiyasında hansısa fərqli addımların atılıb-atılmayacağı da müzakirə predmetinə çevrilib.

Aslan
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью